Avropa Birliyi Türkiyəyə 10 mln. TL yardım ayırdı
01 Noyabr 2011 Çərşənbə Axşamı 11:59
Yardım Vanda zəlzələdən zərərçəkənlər üçün nəzərdə tutulub.
Avropa Birliyi ölkələri Türkiyənin Van bölgəsində zəlzələdən zərərçəkənlərə 10 milyon türk lirəsi həcmində yardım edib. Bu barədə Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri Egemen Bağış məlumat verib.

Egemən Bağış və Avropa Birliyindəki Türkiyə nümayəndə heyətinin rəhbəri Mark Pyerini Türkiyədə fəaliyyət göstərən Avropa Birliyi fondlarının bir qisminin Vanda zəlzələdən zərərçəkənlər üçün istifadə edilməsinə dair saziş imzalayıblar.

Egemen Bağış Avropa Birliyinin yardımına görə türk xalqı adından minnətdarlığını bildirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar