Avropa Birliyi Suriyadan qaz idxalını qadağan etməyə hazırlaşır
20 Avqust 2011 Şənbə 00:48
Avropa İnvestisiya Bankının xətti ilə Suriyaya texniki yardımlar da dayandırılır
Avropa Birliyinə (AB) üzv olan 27 ölkənin diplomatik nümayəndələri Brüsseldə Suriyadan AB-yə xam neft idxalına embarqo qoyulması ilə bağlı razılıq əldə ediblər. Bu barədə məlumatı AB-nin diplomatiya rəhbəri Ketrin Eştonun mətbuat xidəti yayıb.
Məlumatda deyilir ki, gələn həftə AB Şurası təxminən 20 Suriya məmuru və (və ya) şirkətinin sanksiya siyahısına daxil edilməsi, eləcə də, Avropa İnvestisiya Bankının xətti ilə Suriyaya texniki yardımın dondurulması barədə diplomatların əldə etdiyi razılığı təsdiqləməlidir. AB ərazisinə daxil olması qadağın edilən və Avropadakı maliyyə aktivlərinin dondurulan suriyalı məmurların siyahısında artıq 35 nəfərin adı var. Ölkənin güc strukturları ilə əlaqəsi olan dörd Suriya şirkəti də sanksiyalarla üzləşib. Bundan başqa, AB Suriyaya ilaş satışını qadağan edib və ikitərəfli əməkdaşlıq sazişlərini pozub.
Xatırladaq ki, bu il martın ortalarında Suriyanın cənubunda kütləvi etirazlar başlayıb və sonradan ölkənin digər regionlarına da keçib. Yerli hüquq müdafiəçilərinin məlumatına görə, təhlükəsizlik qüvvələri və polislə toqquşmalar nəticəsində indiyədək ölənlərin sayı 2 min nəfərə çatıb.
DOSTLARINLA PAYLAŞ: