Avropa Birliyi Misirle elaqelerine yeniden baxacaq
18 Avqust 2013 Bazar 18:44
Beynəlxalq qurum Misirlə bağlı yazılı bəyanat yayıb.
Avropa Birliyi Misirlə bağlı yazılı bəyanat yayıb. Təşkilat, yaxın günlərdə Misirdə baş verən hadisələrlə bağlı bu ölkə ilə əlaqələrinə yenidən baxacağını elan edib.
Avropa Şurasının və Avropa Komissiyasının sədrləri Herman Van Rompuy və Joze Manuel Barrozonun imzası ilə yayımlanan bəyanatda tərəflər zorakılıqdan çəkinməyə və qan tökülmənin qarşısını almağa çağırılıb. “Bununla bağlı olaraq, Avropa Birliyi yaxın günlərdə Misirlə əlaqələrinə bir daha baxacaq və zərurət yaranarsa lazimi tədbirlər görəcək”.
DOSTLARINLA PAYLAŞ: