Avropa Birliyi komissiyasının binası yanır
18 May 2009 Bazar Ertəsi 18:05
AB komissiyasının məruzəçisi Coy Hennon heç kimin xəsarət almadığını deyib

 

Avropa Birliyi (AB) komissiyasının, Belçikanın paytaxtı Brüsseldəki binasında yanğın baş verib. Yanğınsöndürənlər binadakı bir neçə yüz adamı evakuasiya ediblər. Hazırda hadisə yerində 8-ə yaxın yanğınsöndürən briqadası çalışır. Hələlik yanğının səbəbləri barədə məlumat yoxdur. Qeyd edək ki, yanğın
Bakı vaxtı ilə saat 16-da başlayıb. Yanğınsöndürənlərdən biri yanğının binanın zirzəmisindən başlandığını söyləyib. AB komissiyasının məruzəçisi Coy Hennon heç kimin xəsarət almadığını və bu binada tez-tez yanğına qarşı təlimlər keçirildiyindən evakuasiya vaxtı heç bir problemin baş vermədiyini bildirib.

Qeyd edək ki, 14 mərtəbəli bina 1960-cı ildə Avropa Komissiyası üçün layihələşdirilib və 7 il ərzində tikilib.

/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar