Avropa Birliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib
26 İyul 2010 Bazar Ertəsi 18:35
Avropa Birliyi ölkələri xarici işlər nazirləri İrana qarşı yeni sanksiya paketini qəbul ediblər.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, AB hesab edir ki, bu sanksiyalar Tehranı öz nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətlə danışıqlara vadar edəcək.

Fransa mətbuatı sanksiyaların əsasən İranın strateji cəhətdən önəmli enerji sektoruna yönəldiyini, sanksiyalardan ən çox neft-qaz sektorunun zərər çəkəcəyini yazıb. Belə ki, Avropa Birliyi ölkələrinin İranın enerji sektoruna yatırım qoyması, bu ölkəyə texnologiya ötürməsi və texniki yardım göstərməsi yasaqlanır. Avropalı bir diplomat AB-nin indiyə qədər İrana və ya hər hansı digər ölkəyə qarşı bu qədər sərt sanksiya tətbiq etmədiyini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar