Avropa Birliyi İrana qarşı sanksiyalar hazırlayır
29 Noyabr 2011 Çərşənbə Axşamı 11:35
ABŞ və AB Tehranın nüvə proqramının mümkün hərbi komponentləri barədə dərin narahatlıqlıq keçirirlər.
Avropa Birliyi (AB) ABŞ-ın Tehranın nüvə proqramından narahatlığına həmrəy çıxaraq İrana qarşı yeni məhdudlaşdırıcı tədbirlər hazırlayır. Bu barədə noyabrın 28-də Avropa Şurasının sədri Herman Van Rompey çıxış edib. ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, Ağ Evdə prezident Barak Obama və ABŞ-ın başqa yüksək çinli məmurları ilə birlikdə jurnalistlər qarşısında çıxış edən Van Rompey məhz hansı sanksiyaların tətbiq ediləcəyini dəqiq bildirməyib.

Görüşdən sonra dərc olunmuş birgə bəyanatda bildirilib ki, ABŞ və AB Tehranın nüvə proqramının mümkün hərbi komponentləri barədə ortaq "dərin narahatlıq" keçirirlər.
"Biz İranın nüvə proqramının xüsusiyyətləri barədə beynəlxalq toplumun ciddi narahatlığının həlli üçün bu ölkənin öz öhdəliklərini yerinə yetirməsi, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi və Beynəlxalq Atom Energetikası Agentliyi ilə tam keyfiyyətli əməkdaşlıq etməsi baxımdan qərarlı olduğumuzu bir daha vurğulayırıq", - deyə bəyanatda vurğulanır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar