Avropa Birliyi İran təyyarələrinin uçuşlarını qadağan edir
07 İyul 2010 Çərşənbə 00:35
İran Air şirkətinin təyyarələrinin çoxuna Avropa Birliyinin hava məkanı bağlı olacaq.
İranın İran Air şirkətinə məxsus təyyarələrin böyük hissəsinə təhlükəsizlik səbəbindən Avropa Birliyi ərazisində uçuşuna qadağa qoyulacaq. Bu barədə məlumatı Britaniyanın BBC teleradiokorporasiyası Avropa Komissiyasına istinadən yayıb.

Qadağa “Airbus A 320”, “Boeinq 727” və “Boeinq 747” təyyarələrinə şamil ediləcək. Bu təyyarələr İran Air-in hava donanmasının üçdən ikisini təşkil edir. Avropa Komissiyasının bəyanatında deyilir ki, qadağa təhlükəsizlik tələblərinə əsasən tətbiq edilir və İranın nüvəç proqramı ətrafında yaranmış vəziyyətlə bağlılığı yoxdur.

İranın Mülki Aviasiya İdarəsinin nümayəndəsi bir qədər əvvəl bəyan etmişdi ki, Böyük Britaniya, Almaniya və Birləşmiş Ərəb Əmirliklərinin hava limanlarında iranlı təyyarəçilərə yanacaq doldurmağa icazə verilməyib. Amma sonradan İran tərəfi bu bəyanatı təkzib etdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar