Avropa Birliyi ile Rusiya arasında yeni gerginlik
07 Sentyabr 2013 Şənbə 11:57
Ermenistanın Gömrük İttifaqına qoşulma qerarı Avropa Birliyinin planlarını alt-üst etdi.
Ermənistanın Gömrük İttifaqına qoşulma qərarı Avropa Birliyinin Qafqaz respublikaları ilə münasibətləri qaydaya salmaqla bağlı bütün planlarını alt-üst edib.

ANS PRESS-in "BBC"-yə istinadən verdiyi xəbərə görə, Avropa Birliyi bu ilin noyabr ayında bir neçə keçmiş sovet respublikası ilə yeni əməkdaşlıq yaratmaq üçün danışıqlara başlamağı planlaşdırır, amma Ermənistan çətin ki, onların arasında olsun.

Qərb mətbuatınn yazdığına görə, Ermənistanın bu addımı Avropanın narahatlığına səbəb olub. Çünki, Rusiyanın keçmiş sovet respublikaları üzərində nəzarəti yenidən ələ almağa çalışır.

Böyük Britaniya mətbuatı yazır ki, Avropa Birliyi ilə assosiasiya yaratmaq haqqında razılaşmalar, əslində ticarətin sadələşdirilməsi üzrə ölçülərin çərçivəsindən kənara çıxır. Çünki yeni qaydaya görə, onlar demokratik standartlara riayət etmə və qurulmuş islahatların keçirilməsi üzrə öhdəlikləri özündə saxlayırlar, halbuki, Gömrük İttifaqında belə qaydalar yoxdur.

"BBC" qeyd edir ki, Rusiya və Ermənistan ümumi xristian ənənələrinə bağlı olan keçmiş sovet partnyorlarıdır və bu dövlətlər sıx əlaqələrə malikdirlər. Ermənistan əvvəlki kimi Azərbaycanla ərazi mübahisəsi aparır. əhalinin əksəriyyətinin müsəlman olduğu Dağlıq Qarabağ haqqında bəzi müşahidəçilər müxtəlif fikirlər səsləndirirlər. Onların versiyasına görə, Ermənistanın Gömrük İttifaqına daxil olması bu münaqişəninj həllinə bilavasitə təsir göstərəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar