Avropa Birliyi Gürcüstana 30 milyon avro ayırıb
02 Oktyabr 2010 Şənbə 19:50
Bu vəsait Gürcüstanın institusional inkişafına yönəldiləcək.
Avropa Birliyi Gürcüstanda yeni layihəyə başlayır. Gürcüstanın institusional inkişafı üçün Avropa Birliyi 30,86 milyon avro xərcləməyi planlaşdırır, bu məbləğin 7,73 milyon avrosunu Gürcüstan 2011-ci ildə alacaq.

Qeyd edək ki, Avropa Birliyi bu proqram çərçivəsində 2011-2013-cü illər ərzində Gürcüstana 30 milyon avro təqdim etməlidir. Müvafiq vəsaiti qanunverici orqan, nəzarət palatası, ombudsman apparatı, demokratiyanın inkişafına dair müxtəlif institutlar və dövlət müəssisələri alacaq.

Bu haqda memorandumu isə bu gün Gürcüstanın baş nazirinin birinci müavini, Avroatlantik strukturlara inteqrasiya üzrə dövlət nazir Georgi Baramidze və qurumun Gürcüstandakı missiyasının rəhbəri Per Eklund imzalayıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar