Avropa Birliyi Ermənistana 100 mln avro ayırıb
19 Fevral 2011 Şənbə 16:44
Avropa Birliyi İrəvanın iqtisadi böhrandan çıxmasını istəyir.
Avropa Birliyi iqtisadi böhrandan çıxmaq məqsədi ilə Ermənistana 100 milyon avro həcmində vəsait ayırıb. Bu barədə qurumun rəsmi internet səhifəsində yerləşdirilən məlumatda bildirilir. Məlumata görə, ümumi məbləğdən 65 milyon avro Ermənistana kredit şəklində, 35 milyon avro isə pul yardımı qismində təqdim ediləcək.
Avropa Komissiyasında qeyd olunub ki, yardımın təqdim edilməsi Ermənistanla Beynəlxalq Valyuta Fondu arasındakı yardım proqramının gedişatından asılıdır. Maliyyə yardımının əvəzində isə Ermənistan BVF qarşısında dövlət borcunu azaldacağına, pensiya müavinətləri və vergilər sistemini, eləcə də dövlət büdcəsinə münasibətdə maliyyə nəzarətini yaxşılaşdıracağına dair vəd verib.
Yardımın ilk hissəsi Ermənistana şərtlər paketinin parlament tərəfindən ratifikasiya olunmasından sonra, qalan hissəsi isə 2011-ci ilin sonlarında təqdim ediləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: