Avropa Birliyi Cənubi Osetiyadakı seçkiləri tanımır
01 İyun 2009 Bazar Ertəsi 15:35
Birliyə sədrlik edən Çexiya rəhbərliyi bildirib ki, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir

Avropa Birliyi bazar günü Cənubi Osetiyada keçirilən parlament seçkisini qanunsuz hesab edir və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə BBC –nin məlumatına görə, hazırda birliyə sədrlik edən Çexiya rəhbərliyi bildirib.
“Avropa Birliyi mayın 31-i Gürcüstanın Cənubi Osetiya regionunda “parlament seçkisi” keçirilməsindən xəbərdardır. Avropa Birliyi bu seçkini və onların nəticələrini qanuni hesab etmir”, deyə bəyanatda bildirilir
Məlumatda o da qeyd  olunur ki, bu cür seçkinin keçirilməsi qanuni olmamaqla yanaşı bölgədə  vəziyyətin davamlı və sülh yolu ilə həll olunmasına mane olur. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar