Avropa Birliyi azərbaycanlı jurnalist İradə Zeynalovaya sanksiya tətbiq etdi
09 Aprel 2014 Çərşənbə 12:13
Bu qrupa 3 jurnalist daxil edilib. Bunlar Mixail Leontyev, İradə Zeynalova və Mixail Qusmandır.
“Kommersant” qəzeti Avropa Birliyinin Rusiyaya qarşı tətbiq edəcəyi yeni sanksiyalarla bağlı sənəd əldə edib.
ANS PRESS-in məlumatına görə, sənədi kimliyinin açıqlanmasını istəməyən şəxslərdən biri təqdim edib. Onun sözlərinə görə, sənəddə 107 adamın adı yer alıb. Bura Rusiya qanunverici orqanlarının əməkdaşları, hökumət rəsmiləri, güc strukturlarının nümayəndələri, iş adamları və media holdinq rəhbərləri və jurnalistlər daxil edilib.
Sənədi təqdim edən şəxsin sözlərinə görə, sənəddə 107 nəfərin adı qeyd edilsə də Avropa Birliyi ümumilikdə 135 Rusiya vətəndaşına sanksiya tətbiq etməyi planlaşdırır.
Birinci qrup - qanunverici orqanlarının əməkdaşları: Bura Federasiya Şurasının nümayəndələri daxildir.
İkinci qrup - hökumət rəsmiləri: Prezident Vladimir Putin istisna olmaqla baş nazir Dmitri Medvedev və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiya tətbiq edilib.
Üçüncü qrup - güc strukturlarının nümayəndələri: Bu qrupa Müdafiə nazirliyinin yüksək vəzifəli şəxsləri daxil edilib.
Dördüncü qrup – iş adamları: Bu qrupda konkret adlar çəkilmir.
Beşinci qrup - media holdinq rəhbərləri və jurnalistlər: “Qazprom media” şirkəti, “Rossiya”, “Russia today”, “Birinci kanal” və NTV telekanallarının yayımının Avropada dayandırılması nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: