Avropa Birliyi Aleksandr Lukaşenkonu cəzalandıra bilər
20 Yanvar 2011 Cümə Axşamı 00:55
Belarus prezidenti Aleksandr Lukaşenkodan həbsdəki müxalifətçilərin azadlığa buraxılması tələb edilir.
Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Ketrin Eşton bildirib ki, AB Belarus prezidenti Aleksandr Lukaşenkoya öz ərazisinə daxil olmaq qadağası qoya bilər. Onun sözlərinə görə, bu addım, Belarus hakimiyyəti həbsdəki müxalifətçiləri yanvarın sonunadək azad etməsə atılacaq: “Həbsdəkilər azad edilməsə, prezident Lukaşenkoya, sonra isə rejimin digər rəsmi nümayəndələrinə giriş qadağasının qoyulması sözsüz variantdır”. Ketrin Eşton bunu Strasburqda Avropa Parlamentinin deputatları qarşısında bəyan edib.

Avropa Parlamentinin AB-ni Belarus hakimiyyətinə qarşı sanksiya tətbiq etməyə çağıran qətnaməni növbəti plenar sessiyada qəbul edəcəyi gözlənilir.

Xatırladaq ki, ötən il dekabrın 19-da keçirilən prezident seçkilərində Aleksandr Lukaşenko qalib elan edildikdən sonra Belarus müxalifəti Minskdə icazəsiz aksiya keçirib. Aksiyanın yüzlərlə iştirakçısı, o cümlədən, prezidentliyə müxalifətçi namizədlər həbs ediliblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar