Avropa Birliyi Abxaziya separatçılarının “seçki”sini tanımadı
28 Avqust 2011 Bazar 06:05
Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Ketrin Eşton bəyanat yayıb
Avropa Birliyi Gürcüstan ərazisində qurulmuş Abxaziya separatçı rejiminin keçirdiyi “prezident seçkiləri”ni tanımadığını bəyan edib. Qurumun mövqeyini xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Ketrin Eşton açıqlayıb.
Yayılmış bəyanatda bildirilir ki, Avropa Birliyi Abxaziyada keçirilən seçkiləri konstitusion və hüquq normaları çərçivəsində tanımır.
Qeyd edək ki, Abxaziya separatçıları “prezident seçkisi” keçiriblər. Abxaziya “Mərkəzi Seçki Komissiya”sının məlumatına görə, Aleksandr Ankvab qondarma respublikanın “prezident”i seçilib.
DOSTLARINLA PAYLAŞ: