Avropa Birliyi 50 milyard zərər edir
09 Avqust 2014 Şənbə 04:46
Rusiyanın tətbiq etdiyi cavab sanksiyaları gələn ilə qalsa Avropa Birliyi 90 milyard dollar itirəcək.
Avropa Komissiyası AB-nin qida üzrə daimi komitəsinin təcili iclasını çağırır. ANS PRESS-in məlumatına görə, iclas RF-nin Avropa Birliyi və Rusiyaya sanksiyalar qoyan digər ölkələrə kənd təsərrüfatı məhsullarının idxalına tədbiq etdiyi qadağa ilə bağlıdır.

Hesablamalar narahatlıq doğurur. Belə ki, təkcə bu il AB bütün qadağalara görə 40 milyard dollar ziyana düşəcək. Bu rəqəm gələn il 50 milyarda çatacaq.

Qeyd edək ki, Avropanın fond bazarları bu gününü enişlə açıb.








DOSTLARINLA PAYLAŞ:

oyunlar