Avqustun 5 günü Rusiya-Gürcüstan münasibətlərini gərginləşdirib
18 İyul 2011 Bazar Ertəsi 22:56
Avqustun 5 günü filmində Rusiyanın Gürcüstana hərbi müdaxiləsiləndən bəhs edir.
Rusiya-Gürcüstan münasibətlərində yeni qalmaqalın əsası qoyulub. Buna səbəb isə 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsilə bağlı Hollivudda çəkilmiş “Avqustun 5 günü” adlı bədii filmdir. Artıq rəsmi Moskvanın filmlə bağlı təpkisi də var.

Film 2008-ci ilin yayında Gürcüstanın Cənubi Osetiya və Abxaziyada öz ərazi bütövlüyünü təmin etmək məqsədilə apardığı hərbi əməliyyatlara Rusiyanın müdaxiləsi barədədir. Filmdə Rusiya tərəfi amansız təsvir olunur, rusiyalı hərbçilərin dinc sakinlərə qarşı qəddarlıq səhnələri yer alır.

Baş qəhrəman hadisələri yerində izləyən və Rusiya silahlılarının əməllərini kameraya köçürə bilən amerikalı jurnalistdir. Bir vaxtlar İraqdakı koalisiya qüvvələrinin tərkibindəki gürcü hərbiçiləri tərəfindən xilas edilən amerikalı jurnalist Rusiyanın Gürcüstana hərbi müdaxiləsi başlayanda Cənubi Osetiyaya gəlir. Rejisor Renni Harlenin çəkdyi filmdə Mixail Saakaşvili rolunu məşhur Hollivud ulduzu Endi Qarsiya ifa edir. Filmin prodüsseri Nika Avalianinin sözlərinə görə, prezident rolunu Saakaşvili özü səsləndirib.

Filmin nümayişi Rusiya tərəfində kəskin tənqidlərlə qarşılanıb. Rusiya tərəfi hesab edir ki, siyasi-təxribat xarakterli filmdə münaqişə qeyri-obyektiv təsvir olunub. Gürcü müxalifəti də filmin çəkilməsinə etiraz edib. Onlar avqust günlərini Saakaşvili üçün bayram, Gürcüstan üçün faciə adlandırıblar. Müxalifət iddia edir ki, Saakaşvili o vaxtkı hadisələrdə özünə bəraət qazandırmaq üçün filmin çəkilməsinə xüsusi səy göstərib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar