Aviaşouda hərbi təyyarə evə çırpıldı, ölənlər var
03 Mart 2010 Çərşənbə 14:25
Hadisə Hindistanın Heydərabad baş verib
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə naməlum səbəblərdən Heydərabad şəhərində keçirilən aviaşou zamanı evlərdən birinin üstünə düşüb.
İlkin məlumatlara görə,təyyarənin yaşayış mənzilinin üstünə düşməsi nəticəsində dörd nəfər həlak olub.
Pilotların taleyi barədə rəsmi məlumat yoxdur. Qeyri-rəsmi məlumatlara görə isə, onlardan biri təyyarə yerə düşməmişdən əvvəl özünü katapultla xilas edə bilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: