Atom bombasının tüstüsünə bənzəyən bulud qorxu yaratdı
20 İyun 2012 Çərşənbə 06:25
Ekspertlər açıqlama verərək göbələkvari buludun sırf təbii səbəbdən yarandığını bildiriblər
Çinin paytaxtı Pekinin səmasında qeyri-adi bulud müşahidə olunub. Bu qeyri-adi təbiət hadisəsi çinlilər arasında təşvişə səbəb olub. Adətən belə göbələkvari buludlar nüvə partlayışından sonra müşahidə olunması yerli sakinlərin qorxusunun əsas səbəbi olub. Ekspertlər isə tez bir zamanda açıqlama verərək caamatın qorxusunun əsassız olduğunu, göbələkvari buludun sırf təbii səbəbdən yarandığını bildiriblər. Ekspertlər bildirib ki, iri soyuq yağış buludu isti hava kütlələri ilə üzləşəndən sonra belə qeyri-aid bulud əmələ gəlib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar