Atlantik okeanında aşkarlanmış cəsədlərin sayı 50-yə çatdı
17 İyun 2009 Çərşənbə 03:45
Ötən gün sudan A330 təyyarəsinin daha bir sərnişinin cəsədi çıxarılıb

Axtarış dəstələri ötən gün Atlantik okeanından qəzaya uğramış A330 təyyarəsinin daha bir sərnişinin cəfsədini çıxırıb. Bunu Braziliya Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Donanmasının təmsilçiləri keçirdikləri birgə mətbuat konfransında bəyan ediblər. Beləliklə, sudan çıxarılmış cəsədlərin sayın 50-yə çatıb.
Xatırladaq ki, “Air France” şirkətinə məxsus təyyarə Rio-de-Janeyro beynəlxalq limanından havaya qalxıb və Parisin Şarl de Qoll adına hava limanına enməliydi. Lakin uçuşdan dörd saat sonra təyyarə ilə əlaqə itib. Həmin vaxt təyyarə Atlantik okeanı üzərində olub. Təyyarənin göyərtəsində 228 nəfər olub. Axtarış dəstələri indiyədək təyyarənin qanadlarının hissələrini, oturacaqları, oksigen maskalarını, sərnişinlərin şəxsi əşyalarını və s. tapıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar