ATƏT və GUAM katibləri görüşüb
17 Sentyabr 2009 Cümə Axşamı 20:45
Kiyevdə baş tutan görüşdə ATƏT–GUAM formatında əməkdaşlıq proqramlarının inkişaf etdirilməsi müzakirə olunub
Sentyabrın 16-da ATƏT-in baş katibi Mark Perren de Brişambo GUAM-ın Kiyevdəki katibliyində olub. GUAM-ın baş katibi, səfir Valeri Çeçelaşvili ilə ATƏT-in baş katibinin görüşündə bu iki mötəbər təşkilat arasında dialoqun vacibliyi xüsusi vurğulanıb, ATƏT və GUAM formatında növbəti görüşlər – GUAM Xarici İşlər Nazirlər Şurasının Nyu-Yorkda keçirilmiş iclası və Afinada ATƏT-in nazirlər səviyyəsində görüşü barədə məlumat verilib.

Tərəflər ATƏT – GUAM formatında konkret əməkdaşlıq proqramlarının inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıb. Bununla bağlı mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və sərhəd əməkdaşlığı sahələrində qarşılıqlı fəaliyyət perspektivləri xüsusi qeyd olunub. Hər iki katibliyin müvafiq ekspertləri arasında əlaqələrin fəallaşdırılması barədə razılıq əldə edilib.

Görüşdə ATƏT-in və GUAM-ın məsul əməkdaşları iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar