ATƏT Türkiyədə keçirilən prezident seçkilərindən narazı qalıb
12 Avqust 2014 Çərşənbə Axşamı 16:15
ATƏT Türkiyədə keçirilən prezident seçkilərində medianı qərəzdə günahlandırıb.
ATƏT Türkiyədə keçirilən prezident seçkilərində medianı qərəzdə günahlandırıb.

ANS TV-nin məlumatına görə, Türkiyədə prezidentlik uğrunda mübarizə aparan namizədlərin təşviqat kampaniyası zamanı media qərəzli mövqe tutub.

Seçki prosesini müşahidə edən ATƏT rəsmiləri qeyd ediblər ki, Türkiyə mediası təşviqat kampaniyalarında daha çox baş nazir Rəcəb Tayyib Ərdoğana vaxt ayırıb, küçələrdə təkcə Ərdoğanın posterləri olub. ATƏT rəsmiləri bunu mənfi hal kimi qiymətləndiriblər.

Seçkini Ərdoğan 51.79 faiz səslə qalib gəlib. Onun əsas rəqibi Ekmələddin İhsanoğlu 38.44 faiz səslə ikinci, kürd siyasi lideri Səlahəddin Dəmirtaş isə 9.76 faiz səslə üçüncü yeri tutub. Prosesə ölkə əhalisinin 74.13 faizi qatılmışdı.

Abdullah Gül prezident kimi vəzifə müddəti sona çatdıqdan sonra partiyasına geri qayıdacağını deyib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar