ATƏT-in xüsusi nümayəndəsi Bişkekə gedib
14 İyun 2010 Bazar Ertəsi 12:10
ATƏT-in xüsusi nümayəndəsi Bişkekə gedib. Səfərdə məqsəd situasiyanı yerində öyrənməkdir.
ATƏT-in xüsusi nümayəndəsi Janbek Karijanov artıq Qırğızıstanın paytaxtı Bişkekdədir. Bu barədə “Kabar” agentliyinə ATƏT-in Bişkekdəki ofisinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Burulu Usmanaliyev məlumat verib.

Usmanaliyevin verdiyi xəbərə görə, Karibjanov Bişkekə Qazaxıstandan gəlib və səfərdə əsas məqsəd situasiyanın yerində öyrənilməsi, respublikanın cənub bölgəsindəki münaqişənin sülh yolu ilə həll edilməsi üçün vacib qərarların hazırlanmasıdır.

Xatırladaq ki, bir müddət öncə BMT-nin Baş katibi Pan Gi Mun da Bişkekə xüsusi müvəkkil göndərib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar