ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıblar
09 Sentyabr 2011 Cümə 10:14
ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Popov (Rusiya), Bernar Fasie (Fransa) və Robert Bratke ( ABŞ) birgə bəyanatla çıxış ediblər.
APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir: “ATƏT-in Minsk Qrupunun həmsədrləri (Yuri Popov, Bernar Fasie, Robert Bratke və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik) sentyabrın 7-də Vyanada qarşıdan gələn dekabr ayında Vilnüsdə ATƏT-in nazirlər səviyyəsində görüşü ərəfəsində fəaliyyət planını əlaqələndirmək üçün bir araya gəliblər. Həmsədrlər habelə Minsk Qrupunu və həmsədr ölkə hökumətlərini yüksək səviyyəli təmaslar, habelə atəşkəs rejimini möhkəmləndirmək səyləri və tam sülh sazişi çərçivəsində əsas prinsiplərin əldə edilməsi üzrə görülən işlər barədə məlumatlandırıblar.
Sentyabrın 8-də həmsədrlər ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşərək bütün bu məqamları və sülh prosesinin aspektlərini müzakirə ediblər”.
DOSTLARINLA PAYLAŞ: