ATƏT-in Bakı Ofisinin yeni rəhbəri vəzifəsinin icrasına başlayıb
15 Avqust 2011 Bazar Ertəsi 14:01
Koray Tarqay bu gündən iş başındadır
ATƏT-in Bakı ofisinin yeni rəhbəri rəhbəri Koray Tarqay bu gündən vəzifəsinin icrasına başlayıb. APA-nın ATƏT-in Bakı ofisinə istinadən verdiyi məlumata görə, Koray Tarqay bununla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, ATƏT-in Bakı ofisi Azərbaycan hökuməti, siyasi partiya və vətəndaş cəmiyyəti ilə məhsuldar əməkdaşıq edir və bu, ölkənin ATƏT önündə götürdüyü öhdəlilkərin icrasında mühüm bir cəhətdir: “Mən ATƏT-in hər üç fəaliyyət isitmqamətinin icrasında hökumət və vətəndaş cəmiyyəti üzvlərinə yardımçı olmaq anını səbrsizliklə gözləyirəm”.

Qeyd edək ki, Koray Tarqay ATƏT-in Bakı Ofisinə rəhbər təyin olunmazdan əvvəl Türkiyənin Çexiyada səfiri vəzifəsində çalışıb. Peşəkar diplomat olan Tarqay İsveçrə, Suriya, Kanada, Almaniya və Yunanıstanda bir sıra vəzifələrdə çalışıb. O, habelə Türkiyənin Malayziyada səfiri olub. Koray Tarqay ATƏT-in Bakı Ofisinin rəhbəri vəzifəsində fəaliyyət müddəti iyul ayında başa çatmış Əli Bilge Cankoreli əvəz edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar