ATƏT Ermənistanda KİV-in vəziyyətindən narahatdır
12 Noyabr 2011 Şənbə 10:42
Qurumun təmsilçisi Ermənistan KİV-lərinə qarşı məhkəmə iddialarının sayının artdığını vurğulayır.
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Ermənistan xarici işlər naziri Edvard Nalbandyana ünvanladığı məktubunda Ermənistan KİV-lərinə qarşı məhkəmə iddialarının sayının artmasından narahatlıq bildirib. ANS PRESS erməni mətbuatına istinadən xəbər verir ki, ATƏT təmsilçisi böhtan və təhqir maddələri üzrə məhkəmə iddiaları zamanı KİV-in adekvat müdafiəsi üçün Ermənistan hakimiyyətini qanunvericilik islahatlarını davam etdirməyə çağırıb

ATƏT-in KİV-də azadlıq məsələləri üzrə təmsilçisi bu sırada "Qraparak" qəzetinə qarşı verilmiş məhkəmə iddiasından bəhs edib. Bu məhkəmə işində iddiaçı qəzetin saytındakı təhqiramiz oxucu şərhlərinə görə qəzetdən 34 min avro istəyib. Miyatoviç xatırladıb ki, İrəvan məhkəməsi hələ iş üzrə məhkəmə qərarı açıqlanmamış, noyabrın 8-də qəzetin əmlakına həbs qoyub.

Edvard Nalbandyana ünvanlanmış məktubda Miyatoviç bildirir ki, onun rəhbərlik etdiyi ofis Ermənistanda mətbuat azadlığının inkişafı və bu sahədə qanunvericilik islahatlarının davam etdirilməsi üçün bu ölkəyə yardım edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar