ATƏT bir təşkilat kimi öz potensialını itirməyə başlayıb
01 Dekabr 2010 Çərşənbə 10:10
“Rusiya münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır. Gürcüstanda olduğu kimi münaqişələrin hərbi yolla həlli yolverilməzdir”.
APA-nın Astanaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri Rusiya prezidenti Dmitri Medvedyev ATƏT-in Astana sammitində çıxışı zamanı söyləyib. Medvedyev bildirib ki, ATƏT öz potensialını itirməyə başlayıb: “Bu səbəbdən də təşkilatın effektivliyini qaldırmaq üçün dəqiq hüquqi baza yaratmaq lazımdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar