Hamımız, region ölkələri, liderlər, beynəlxalq ictimaiyyət yaxşı fikirləşməlidir, iki dəfə yox, 100 dəfə fikirləşməliyik.
“Türkiyə İŞİD-ə (İraq Şam İslam Dövləti) aid avtomobil karcvanına atəş açmağa məcbur qaldı. Bu günə qədər Suriyada baş verənlərə müdaxilə etməmək üçün çox təmkinli hərəkət etdik. Amma təhlükə bizə doğru yaxınlaşır”. Bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Almaniyada iştirak etdiyi tədbirdə deyib.
Türkiyə XİN rəhbəri bölgədəki bəzi təhlükələrdən danışıb və bunun həmçinin bütün dünya üçün təhdid olduğunu deyib.
“Bu gün üç təhlükə var. Radikallıq, məzhəbçilik və etnik millətçilik ilə kimyəvi və ya nüvə kütləvi qırığn silahı. Hər üçü ilə əlaqədar qarşımızda böyük risklər var. Bu sadəcə region üçün yox, bütün dünya üçün təhlükədir”.
Davudoğlu dünya lidlərini 2 dəfə yox, 100 dəfə düşünməyə dəvət edib.
“Hamımız, region ölkələri, liderlər, beynəlxalq ictimaiyyət yaxşı fikirləşməlidir. İki dəfə yox, 100 dəfə fikirləşməliyik. Hara gedirik? Əgər Suriyada rejimin ac saxlama strategiyasına görə ölən insanları qoruya bilmiriksə bəs görəsən növbədə nə var?”
İŞİD qüvvələrinə məcburən atəş açdıqlarını deyən Davudoğlu baş verənlərə görə Bəşər Əsədin məsuliyyət daşıdığını bildirib. Türkiyə XİN rəhbəri BMT-yə addım atmaq üçün ən uyğun zamanın indi olduğunu deyib.
“Əgər BMT-nin vəzifəsi beynəlxalq təhlükəsizlik, sülh və istiqrarı qorumaqdırsa bunun üçün iundi uyğun zamandır. İndi qorumayacaqsa, bəs nə vaxt qoruyacaq?”
Xatırladaq ki, ötən gün İŞİD qüvvələri 13 min türkmənin yaşadığı Çobanbəy rayonunu ələ keçirib, yerlilərdən biri isə növbəti hədəfin Türkiyə olduğunu iddia edib.