Atatürkün ev muzeyi hücuma məruz qalıb
07 Noyabr 2011 Bazar Ertəsi 00:05
Hücum nəticəsində çevik polis avtobusu yandırılıb..
Yunanıstanın Selanik şəhərindəki Atatürkün dünyaya gəldiyi ev, Türkiyə konsulluğunun qarşısındakı polis buraxılış məntəqəsi və binanın qarşısında dayanan çevik polis avtobusu hücuma məruz qalıb. “CNN Türk”ün yaydığı məlumata görə, özlərini “İqtidar əleyhdarı” adlandıran təxminən 20 nəfərlik qrup hücumu 7 ədəd molotof kokteyli ilə həyata keçirib. Hücum nəticəsində avtobus yansa da, konsulluq binası ilə Atatürkün ev müzeyinə ziyan dəyməyib. Polis qrupu dağıtmaq üçün səs bombası və göz yaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, Atatürkün evi və Selanik şəhərindəki Türkiyə konsulluğu 2 ildə 4 dəfə hücuma məruz qalıb. Hücumçuların mətbuat vasitəsilə ölkə gündəminə gəlmək üçün xüsusilə bu məkanları seçdiyi bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar