Atatürkün abidəsinə hücum
18 Mart 2010 Cümə Axşamı 21:20
Atatürkün abidəsini təhqir edən şəxs polis tərəfindən yaxalanıb
Türkiyənin şimal-qərbində yerləşən Adapazarı şəhərinin mərkəzində Atatürkün şərəfinə ucaldılmış abidəyə hücum edilib. 26 yaşlı Məhmət Məhəmməd Təmizəl adlı şəxs abidənin üstünü boya ilə yazaraq təhqir edib.
Abidənin üstündə boya ilə nasistlərin simvolu sayılan xaç işarəsi çəkən şəxs daha sonra “Yetər! Qüds-Çanaqqala” sözlərini yazıb. Əraziyə cəlb edilmiş xeyli sayda polis balta ilə silahlanmış şəxsi zərərsizləşdirib. İfadəsi alındıqdan sonra məhkəməyə aparılan şəxsin şəklinin çəkilməməsi üçün jurnalistlər hadisə yerindən uzaqlaşdırılıb.
Abidənin üzərindəki yazılar isə şəhər sakinləri və Sakarya bələdiyyəsinin işçiləri tərəfindən təmizlənib. Xatırladaq ki, martın 18-i Türkiyədə Çanaqqala zəfəri günü kimi qeyd edilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: