Klipdə həmçinin keçən əsrdə yaşamış bir çox müsbət və mənfi şəxsiyyətin görüntülərindən istifadə olunub.
Fransız aktrisa və müğənni Natali Kardon hazırladığı yeni klipdə Türkiyənin qurucusu Atatürk və bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın görüntülərindən istifadə edib. Müğənninin beynəlxalq bir layihə üçün hazırladığı “New Generation” (Yeni Nəsil) adlı klipdə həmçinin 1900 – 2012-ci illər arasınsa yaşamış, törətdikləri müharibə və qətliamlarla yadda qalan şəxsiyyətlər də nümayiş olunub.
Qeyd edək ki, Atatürk və Davosda İsrail prezidenti Şimon Peresə qarşı “One minute” çıxışı ilə yadda qalan Ərdoğanın müsbət obraz kimi göstərildiyi klipdə Adolf Hitler, Mussolini, Pol Pot, Ariel Şaron, Slobodan Miloşeviç, Corc Buş mənfi xarakterlər arasında göstərilib.
Bundan başqa Nelson Mandela, Yasir Ərafat, Çe Qavara, Qandi kimi tarixi şəxsiyyətlər də sülhə səsləyən klipdəki müsbət obrazlar arasında nümayiş olunub.
Klipdə Natali Kardonun 2010-cu ildə Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirdiyi konsertin görüntülərindən də istifadə olunub.