Atatürk ölməyib, öldürülüb!
10 İyun 2012 Bazar 14:41
Belə bir iddia ilə ankaralı iş adamı Muhammet Yüksel çıxış edib.
Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün öldürüldüyünə dair iddialar ortaya atılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Muhammet Yüksel adlı ankaralı iş adamı və kolleksionerçisi Atatürkün civə tərkibli saligran adlı dərmanla zəhərlənərək tədricən öldürüldüyünü iddia edib.

Muhammet Yüksel Atatürkün qəbrinin gizli ekshumasiya edildiyini və buna sübut olaraq əlində fotoqrafların olduğunu bildirib. Ankaralı iş adamı Atatürkün bu fotolarla xatırlanmaması üçün onun nəşinin ekshumasiyasının şəkilərini heç kimə verməyəcəyini bildirib. Muhammet Yüksel ekshumasiyanı həkimlər Akil Muhtar, Mehmet Kamil, Süreyya Hidayet və Abravaya Marmaraldan ibarət heyətin həyata keçirdiyini bildirir.

“Ekshumasiyanın nəticələrinin dövlət arxivində saxlanığını düşünürəm. Nəyə görə, xalqa bu haqda bir məlumat verilmir? Bu ölkənin qurucusu qara ciyər serrozu diaqnozu ilə ölür və heç kim sorğu-suala çağırılmır. Atatürklə bağlı həqiqətləri bütün Türk vətəndaşlarının bilməsini istəyirəm”, - deyə Muhammet Yüksel bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar