“Atatürk” adı ayaqqabı markası oldu
21 Dekabr 2011 Çərşənbə 06:59
İngiltərə vətəndaşı bu adı Avropa Birliyi markası kimi bütün üzv ölkələrdə qeydiyyatdan keçirib
Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adı geyim markası olacaq. Məlumata görə, ingilis əslli müsəlman olan Muhammed Sujah Jioher Yaqub 5 oktyabr 2005-ci il tarixdə Atatürk adını Avropa Birliyi markası kimi bütün üzv ölkələrdə qeydiyyatdan keçirib. Atatürk adının markalaşmasının əleyhinə olan Türkiyə dövləti isə məhkəmə iddiası qaldıraraq bunun mümkün olmadığını irəli sürdü. “Atatürk adından Mustafa Kamalın bacısı belə istifadə etmədi. Atatürk soyadı başqa adlardan fərqlidir. Bundan heç kim marka kimi istifadə edə bilməz”.
Məhkəmənin qalibi olan Muhammed Sujah Jioher Yaqub AB ölkələrində bu marka ilə geyim, təmizlik vasitələri, alkoqolsuz içkilər, ayaqqabı və dərman istehsal edəcək.
DOSTLARINLA PAYLAŞ: