Atasının meyitini oğurladı ki, diriltsin
30 Avqust 2013 Cümə 00:37
49 yaşlı oğul 93 yaşlı atasından əbədi ayrılmağa hazır deyilmiş.
Amerikalı kişi atasının ölümünü qəbul edə bilmədiyi üçün onun meyitini qəbirdən oğurlayıb. ANS PRESS “MIGNews”a istinadən bildirir ki, oğul 49 yaşlı Vinsent Braytın məqsədi atasını yenidən diriltmək olub.
93 yaşlı Klarens Braytın cəsədi Detroyt qəbristanlığından yanvarın 14-də oğurlanıb. Oğlu onu soyuducuda saxlayıb. Polis ailənin başqa üzvlərinin məlumatı əsasında hərəkət edib və cəsədi Braytın evində tapıb.
Vinsent etiraf edib ki, atasını diriltməyə ümid edirmiş, çünki ondan əbədi olaraq ayrılmağa hazır deyilmiş.
DOSTLARINLA PAYLAŞ: