“Atamla anam müstəqil İsraili qurmaq üçün qarətçilik edib”
28 İyun 2010 Bazar Ertəsi 05:05
İsrailin sabiq xarici işlər naziri Tzipi Livnidən şok etiraflar.
“Atamla anam 1940-cı illərdə müstəqil İsrail dövlətini qurmaq üçün qatarları qarət edib”. Bunu İsraildə müxalifətçi “Kadima” partiyasının lideri sabiq xarici işlər naziri Tzipi Livni “New York Times” qəzetinə verdiyi müsahibədə deyib. Sabiq baş diplomat ailəsinin İsrailin qurucularından biri olduğunu deyib: “Onlar bu ölkəni yaratmaq üçün ailə quran azadlıq fədailəri idi. Hər ikisi də bu dövləti yaratmaq üçün irqimizin qurduğu təşkilatın üzvü idi. İngilislərin müstəmləkəsi ikən silah tapmaq üçün qatar qarət ediblər”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: