Ata Sarkozi Ərdoğanın sözlərinə reaksiya verdi
24 Dekabr 2011 Şənbə 17:04
"Legionda yalnız 4 ay qalmışam".
Fransa prezidenti Nikola Sarkozinin atası Paul Sarkozi Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğana cavab verib. ANS PRESS CNN Türk-ə istinadən verdiyi məlumata görə, Paul Sakozi baş nazirin iddialarını gülünc adlandırıb.

Xatırladaq ki, Türkiyə baş naziri bildirmişdi ki, Əlcəzairdə 1945-ci ildən etibarən əhalinin 15 faizi fransızların soyqırımına məruz qalıb və Fransa prezidenti Nikola Sarkozi bunu bilmirsə, atasından soruşsun.

"Onun atası 1940-cı ildə Əlcəzairdə əsgərlik edib. Əminəm ki, oğluna qətliam haqqında deyəcəyi çox sözü var", bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Sarkozinin babası İspaniyadan qaçaraq Osmanlı imperiyasına sığınıb. Daha sonra isə Fransaya köç edib.

Baş nazir İspaniyadan qaçıb Osmanlıya sığınan yəhudilərin bu gün Yunanıstanda olan Selanikə yerləşdirildiyini deyib. O, Selanik Osmanlıdan ayrılandan sonra 1904-cü ildə Fransaya köç edən Benedikt Mallanın Sarkozinin babası olduğunu qeyd edib.

Paul Sarkozi isə bildirib ki, həmin dövrə aid bütün həqiqətləri sənədlərlə birlikdə yazdığı kitabında izah edib.

"Legionda yalnız 4 ay qaldım. "Tant da vie" adlı kitabımı alın, orada bütün sənədlər var" , deyə Sarkozi qeyd edib.

Ata Sarkozi kimdir?

Ata Sarkozi Macarıstan yəhudisidir. 1928-ci ildə aristokrat mənşəli bir ailədə dünyaya gəlib. 1940-cı illərin əvvəlində fransız legionlarına qatılan ata Sarkozi, təhsil almaq üçün Əl-Cəzairə göndərilib. Fransa müstəmləkəçiliyinə qarşı əl-cəzairlilər tərəfindən başladılan üsyanın ilk illərində, yəni ən qanlı dövründə də Əl-Cəzairdə fransız əsgəri olaraq xidmət edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar