At və uzunqulaqla səyahətə çıxan fransızlar Türkiyədə
01 İyun 2012 Cümə 07:04
Səyyahlar müsəlman ölkələrin sakinlərindən razı qalıb.
Fransadan at, uzunquaq və itləri ilə dünya səyahətinə çıxan cütlük 7 ölkədən keçdikdən sonra Türkiyəyə çatıb. Ölkələrindən Rosudal adlı at, Cortex adlı eşşək və Pitty adlı itlə 2010-cu ilin sentyabrında ayrılan, 3 500 km məsafə qət edən 33 yaşlı Devid Verçotla 26 yaşlı rəfiqəsi Morqan Lefevrin hədəfi Hindistana çatmaqdır.

Lefevr “Anadolu” agentliyi (AA) müxbirinə verdiyi açıqlamada mütəmadi olaraq eyni yerdə yaşamamaq üçün bu səyahətə şıxdıqlarını deyib. “Harda təbii gözəllik varsa, oraya səyahət edirik. İnsanlar heyvanlarla pis rəftar edir. Heyvanlarla yaxşı dost olduğumuzu göstərmək üçün at, eşşək və itimizlə yola çıxdıq”.

Səyahət müddətində yollarda qurduqları çadırda qaldıqlarını deyən Lefevr iaşələrini yollarda işləyərək qazandıqlarını deyib. “İndiyə qədər İtaliya, Rumıniya, Bosniya və Hersoqovina, Serbiya, Bolqarıstan və Yunanıstanda olduq. Sadəcə bir dəfə nəqliyyat vasitəsindən istifadə etdik. İstanbul boğaz körpüsünə heyvanla buraxılmadığımız üçün TIR-a minməyə məcbur olduq. Getdiyimiz yerlərdə internet klublarda işləyərək pul qazanırıq. Həyatın göstərdiyi yolla gedirik. Nə edəcəyimizi özümüz də bilmirik. Bura çatana qədər heç bir problemlə qarşılaşmadıq. Bosniyanı isə unutmayacağıq. Bu ölkənin sakinləri bizə çox yardım etdi. Türkiyənin isə çayı çox gözəldir. Hara getsək, insanlar bizə isti münasibət göstərir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar