Asteroidi görən kimi dua edin
23 Mart 2013 Şənbə 04:01
Kosmik agentliyin rəhbəri asteroidə qarşı tədbir yolunu göstərdi.
ABŞ konqresində “Amerika Beynəlxalq Kosmik Agentliyi”nin (NASA) büdcə planı layihəsinin müzakirələri keçirilib. Müzakirədə iştirak edən Demokrat partiyanın konqresmeni Eddi Conson günəş sistemində bilinəndən daha çox təhlükə saçan göy cisimləri olduğunu deyib.

Nümayəndələr palatası Elm və Təhsil komitəsinin sədri Lamar Smit keçən ay baş verən (Fevralın 15-də R.F. Çelyabinsk şəhəri üzərində meteor partlayışı) hadisələrin böytük fəsadlarının olmamasının sadəcə xoş bir təsadüf olduğunu deyib. Smit dünyanı mühafizə etmək üçün hansı layihələrin hazırlandığını və yeni layihələr üçün nə qədər büdcəyə ehtiyac olduğunu müəyyənləşdirmək üçün yeni bie sessiya keçiriləcəyini bildirib.

Ağ evin elmi müşaviri Con Holdren hətta 1 km diametrlik asteroidin bir sivilazasiyanı yox edə biləcəyini deyib. Holdren dünyanın yaxınlığında 100 000 belə asteroid olduğunun güman edildiyini, bu ölçüdə asteroidlərin təxminən 1 000 ildən bir dünya ilə toqquşduğunu qeyd edib.

Konqresdəki ən maraqlı çıxışı isə NASA prezidenti Çarlz Boldenə aid olub. “Əldə etdiyimiz məlumatlarla ABŞ əhalisi üçün təhlükə yaradacaq asteroid olub-olmadığını bilmirik. Amma bir neçə həftə ərzində dünyaya belə bir asteroid yaxınlaşsa ancaq dua edin” – deyə Bolden q1eyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar