Asteroid Yerlə toqquşacaq
24 Fevral 2013 Bazar 21:23
NASA alimləri bu hadisənin 2068-ci ildə baş verəcəyini ehtimal edirlər.
"Apofis" asteroidi 2029 və 2036 cı llərdə Yerdən aralı keçəcək. ANS PRESS-in məlumatına görə, NASA mütaxəssisləri 2068-cı ildə bu asteroidin Yerlə toqquşa biləcəyini deyirlər. Alimlərin asteroidin Yerlə toqquşma ehtimalının çox az təxminən 2,3 millionda bir olduğunu bildirirlər.
Qeyd edək ki, NASA alimləri əvvəlcə 2029-cu ildə asterodin Yerin yaxınlığından keçdikdən sonra 2036-cı ildə planetimizlə toqquşa biləcəyini bildirirdilər. Ancaq bu ilin yanvarında mütəxəssislər bu ehtimalın sıfıra bərabər olduğunu açıqlamışdılar.
DOSTLARINLA PAYLAŞ: