Assanc heyvanlara təcavüz etməkdə ittiham olunur
11 Fevral 2011 Cümə 10:50
Almaniyada Culianın heyvanlarla davranışından bəhs edən kitab nəşr olunub
Almaniyalı proqramçı Daniel Domşayt-Berq “Wikileaks-in daxilində” adlı kitabını təqdim edib. ANS PRESS-in “Moskovskiy komsomolets”ə istinadən verdiyi xəbərə görə, burada müəllif qalmaqallı “Wikileaks” saytının təsisçisi Culian Assancla birgə işindən danışır və xüsusilə onu pişiklərlə sərt rəftarda ittiham edir.

Müəllifin yazdığına görə, Culian Almaniyada onun qonağı olan zaman onun pişiyi ilə pis rəftar edib.

Qeyd edək ki, Təqribən 300 səhifədən ibarət kitabın Daniel Şmit təxəllüslü müəllifi əvvəl saytın mətbuat katibi işləyib. Müəllifin sözügedən pişiyinin adı isə “cənab Şmit”dir.

“Culian həmişə heyvanlara hücum edirdi. O, barmaqlarını çəngəl kimi aralayaraq pişiyimin boynundan tuturdu. Bu bir mübarizə idi. Söhbət kimin daha cəld ola biləcəyindən gedirdi. Gah Culian pişiyin cəld boynundan tutaraq onu yerə çırpırdı, gah da pişik Culiandan çevik tərpənərək onu cırmaqlayırdı”, - deyə kitab müəllifi bildirib.

Onun sözlərinə görə, Assanc xüsusi olaraq pişik yorğun olan vaxtlar ona “hücum” edirmiş.


DOSTLARINLA PAYLAŞ:

oyunlar