Aşqabadda Türkmənbaşının heykəli göütürüldü
26 Avqust 2010 Cümə Axşamı 01:20
Qızıl suyuna çəkilmiş 12 metrlik heykəl Niyazovdan son xatirə idi.
Aşqabadda Türkmənistanın ilk prezidenti Saparmurad Niyazovun (Türkmənbaşı) qızıl suyuna çəkilmiş 12 metrlik heykəli götürülüb. Abidə 1998-ci ildə qoyulmuşdu. Heykəlin sökülməsi barədə qərarı Türkmənistanın hazırkı prezidenti Qurbanulu Berdımuhəmmədov 2008-ci ildə elan etmişdi. Həmin vaxt dövlət himni və vətənpərvərlik andından da Türmənbaşının adı çıxarılmışdı. Küçələrdən Niyazovun çoxsaylı portretləri də yığışdırılıb, Türkmənbaşı prospektinin adı dəyişdirilib. Qadınlar gününün də martın 8-də qeyd edilməsi bərpa olunub. Türkmənbaşının hakimiyyəti illərində qadınlar bayramı onun anasının doğum günündə qeyd edilirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: