AŞPA məruzəçiləri İrəvanda səfərdədirlər
17 İyun 2009 Çərşənbə 08:45
Corc Kolumbye və Con Preskotun səfərinin məqsədi qurumun yay sessiyası qabağı Ermənistandakı siyasi vəziyyət, eləcə də 1-2 mart hadisələrinin istintaqı ilə maraqlanmaqdır

Avropa Şurası Parlament Assambleyasının Ermənistan üzrə məruzəçiləri Corc Kolumbye və Con Preskot İrəvanda səfərdədir. Artıq Ermənistan prezidenti və parlamentin spikeri ilə görüşən avropalı deputatların məqsədi  qurumun yay  sessiyası qabağı Ermənistandakı siyasi vəziyyət, eləcə də 10 nəfərin ölümü ilə nəticələnən 1-2 mart hadisələrinin istintaqı ilə  maraqlanmaqdır. Parlamentarilər yay sessiyasında rəsmi İrəvanın bu sahədə öhdəlikləri yerinə yetirməməsi haqda  məruzə ilə çıxış etməlidir.
Həmməruzəçilər bu sahədə hələ də irəliləyişin  əldə olunmadığı haqda  məlumatlandırılıb. Bu barədə onlara hüquq müdafiəçisi Armen Arutunyan məlumat verib. O bildirib ki, hüquq mühafizə orqanları Ermənistanda prezident seçkisindən sonrakı hadisələrin şahidlərini dindirərkən təzyiq metodlarından  istifadə edirlər. «Üstəlik, istintaq xidməti və respublika prokurorluğu, ombudsman aparatı bu iddialara saymazyana yanaşır. Nəticədə şahidlər məhkəmə zalında bir çox hallarda öz ifadələrindən imtina etməli olurlar». /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar