AŞPA: "Ermənistanda islahatlar aparılmalıdır"
03 Fevral 2010 Çərşənbə 15:10
AŞPA: “Ermənistan gecikdirilmədən təklif edilən islahatları reallaşdırmalıdır”
Avropa Şurası Parlament Assambleyasının Ermənistan üzrə həmməruzəçiləri Con Preskott və Corc Kolombye Ermənistanda islahatların aparılmasının vacib olduğunu bildiriblər. Bu barədə Avropa Şurasının İrəvandakı ofisinin məlumatında bildirilir.

“Ermənistan hakimiyyəti gecikdirilmədən 1-2 mart hadisələrinin araşdırılması ilə bağlı müvəqqəti parlament komissiyasının təklif etdiyi islahatları reallaşdırmalıdır”, deyə həmməruzəçilərin bəyanatında qeyd olunub.

“Müvəqqəti komissiya tərəfindən məsləhət görülən və AŞPA-nın müvafiq qətnamələrində qeyd olunan islahatarın düzgün reallaşdırılacağı təqdirdə, 1-2 mart hadisələrinə səbəb olan məsələlərə hərtərəfli həll tapmaq olar”, deyə həmməruzəçilər bildiriblər.

Onlar bəyan ediblər ki, məsləhətlər, əsasən də polisdə islahatlar, nəzarət və şikayətlər üzrə müstəqil orqanların yaradılması, həmçinin çoxdan vaxtı çatmış Seçki məcəlləsi islahatı gecikdirilmədən reallaşdırılmalıdır.

Həmməruzəçilər deyiblər ki, martın 17-ə qədər Parisdə keçiriləcək iclasa qədər bu islahatların dəqiq qrafikinin AŞPA montorinq komissiyasına verilməsi üçün Ermənistan parlamentinə müraciət edəcəklər.

“Monitorinq komissiyasının müzakirələri əsasında islahatların reallaşdırılması üzrə dəqiq yol xəritəsinin hazırlanması üçün bu yaz İrəvana səfər edəcəyik”, deyə bəyanatda vurğulanıb.

Bundan başqa, həmməruzuçilər “Aykakan jamanak” qəzetinin baş redaktoru Nikol Paşinyanın həbsi ilə bağlı da hakimiyyətlə müzakirələr aparacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar