Asiya ölkələri şengen vizasına hazırlaşır
09 May 2011 Bazar Ertəsi 14:06
Məsələ ilə bağlı ASEAN dövlətləri hazırlıqlar görür
Artıq Şərq də qonşudan geri qalma siyasətinə üstünlük verərək şengen vizasının tətbiq edilməsi haqda hazırlıqlara başlayır. Cənubi-Şərqi Asiya dövlətlərinin Assosiasiyası (ASEAN) Cakartada keçirilən sammitdə məsələ ilə bağlı müzakirələr keçirib.
İndoneziyanın xarici işlər naziri Marti Nataleqava bildirib ki, ASEAN-nın vahid vizası Avropa İttifaqı ölkələrində mövcud olan sistemin analogiyası üzrə həyata keçiriləcək.
Nazirin sözlərinə görə, Asiya şengeninin təsis edilməsi müəyyən vaxt və səy tələb edir: “Çünki ASEAN-ın hər 10 ölkəsində mövcud viza rejmləri müxtəlifdir”.
Qeyd edək ki, ASEAN-ın vahid vizasının tətbiqi 2015-ci ilə nəzərdə tutulur. Hazırda ASEAN-ın tərkibinə Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippin daxildir.
DOSTLARINLA PAYLAŞ: