Asfalt üzerinde et bişdi
01 Avqust 2013 Cümə Axşamı 01:24
İsti hava üzünden Çinde fövqelade veziyyet elan edilib.
Çində havaların həddindən artıq isti keçməsi səbəbindən 10 nəfər həyatını itirib. Hazırda ölkədə 2-ci dərəcəli fövqəladə vəziyyət elan edilib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sanxayda fəaliyyət göstərən televiziya kanalının əməkdaşı canlı yayım zamanı asfalt üzərində 10 dəqiqə ərzində ət bişirib.
Çin Meteorologiya Bürosunun verdiyi məlumata görə, hazırda Şanxayda rekord - 40.6 dərəcə isti var.
Mütəxəssislərin sözlərinə görə, bəzi bölgələrdə istilər avqustun 8-dək davam edəcək. Bəzi çinlilər günvurmadan qorunmaq məqsədi ilə çarəni hovuzlarda çimməkdə tapıb. “Çinin ölü dənizi” adlı hovuzundan bir gündə 12 min nəfər istifadə edir.
DOSTLARINLA PAYLAŞ: