ASALA-nın hədəfində olan attaşenin cəsədi tapıldı
14 İyun 2011 Çərşənbə Axşamı 02:36
İstefada olan səfirlik əməkdaşının arvadı ilə birlikdə inthar etdiyi güman olunur
Türkiyədə istefada olan attaşe Mustafa Özbabacan və onun həyat yoldaşı Sibel Özbabacanın cəsədi tapılıb. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ər-arvadın cəsədi İzmir vilayətinin Çeşmə rayonundakı evinin həyətində aşkarlanıb. Cütlüyün hansı şəraitdə ğldüyü bilinməsə də ölümün Özbabacana aid rəsmi silah vasitəsilə baş verdiyi müəyyənləşib. Qeyd edək ki, hüquq-mühafizə orqanları hal-hazırda inthar ehtmalını araşdırır.

Xatırladaq ki, 77 yaşlı Mustafa Özbabacan Türkiyənin Beyrutda attaşesi olduğu vaxt erməni terror təşkilatı ASALA-nın hədəfində olmuşdu. Belə ki, 1977-ci ildə Mustafa Özbabacanın xidməti avtomobili Beyrutda ASALA tərəfindən partladılsa da, attaşe bu hücumdan xəsarət almadan xilas olmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar