AŞ PA-nın yay sessiyasının gündəliyi açıqlanıb
11 İyun 2009 Cümə Axşamı 10:45
Avropa Şurası Parlament Assambleyasının iyunun 22-26-da keçiriləcək yay sessiyasının əsas mövzusu yeni baş katibin seçkisi olacaq.
APA-nın xəbərinə görə, Avropa Şurasının yeni baş katibinin iyunun 23-24-də seçilməsi nəzərdə tutulub. Eyni günlər ərzində Belarusda vəziyyət, dünya maliyyə böhranı və onun beynəlxalq iqtisadi qurumlara təsiri müzakirə olunacaq, britaniyalı Con Qrinveyin “Avropanın unudulmuş insanları: yaşayış yerlərini uzunmüddətli dəyişmiş şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda məruzəsi dinlənəcək. Xatırladaq ki, C. Qrinvey məruzəni hazırlamaq üçün Azərbaycan və Ermənistanda olub. İyunun 24-də Ermənistanda demokratik institutların fəaliyyəti də müzakirəyə çıxarılacaq. İyunun 25-də ətraf mühit problemləri, bərpa olunan enerji mənbələri məsələsi müzakirə olunacaq. İyunun 26-da isə Mədəniyyət, elm və təhsil komitəsinin məruzəçisi, irlandiyalı Sesiliya Kivninin “Münaqişəli və münaqişədən çıxmış zonalarda tarixin dərsləri” mövzusunda məruzəsi dinlənəcək.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar