Arvadları tərəfindən zorlanan amerikalılar
31 Dekabr 2009 Cümə Axşamı 19:25
Məişət və seksual zorakılığa 30-100 yaş aralığındakı kişilər məruz qalır
ABŞ-da aparılan anonim sosial sorğunun nəticəsində məlum olub ki, Amerika ailələrində təkcə qadınlar deyil, həmçinin güclü cinsin nümayəndələri də məişət və seksual zorakılıq qurbanları olur.
Tədqiqatçıların bildirdiyinə görə, sorğulanan ABŞ kişilərinin təqribən 29 faizi etiraf edib ki, arvadları təkcə fiziki deyil, həmçinin kişilərə psixi təsir üsullarından istifadə edərək onları zorlayıb və ya döyüblər.
Qadın qurbanlarının əsas kütləsi 30 yaşından 100 yaşınadək kişilər olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: