Arvadını və gəlinini bıçaqlayan erməni kəndxuda
02 May 2014 Cümə 20:08
53 yaşlı Artavazd Mkrtçyanın “İNfiniti”si ilə yoldan kənara çıxıb və 200 metr dərinliyi olan dərəyə düşüb.
Ermənistanın Şirak vilayətinin Alvar kəndinin kənxudası arvadını və gəlnini bıçaqladıqdan sonra qəzaya düşüb.

ANS PRESS-in məlumatına görə, 53 yaşlı Artavazd Mkrtçyan bu gün səhər tezdən öz “İNfiniti”si ilə yoldan kənara çıxıb və maşın 200 metr dərinliyi olan dərəyə düşüb. Maşın partlayıb və yanıb. Yanıq zədələri almış kişi xəstəxanaya yerləşdirilib.

Kənd camaatının dediyinə görə, kişi 61 yaşlı arvadı Luiza Qabrielyan və 24 yaşlı gəlini Qayane Qomtsyanla mübahisə edib. Artavazd Mkrtçyan qadınlara bir neçə bıçaq vurub, sonra maşina minərək qaçıb. Qadınlar isə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır sayılır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar