Artıq eynicinslilər Fransada evlənə biləcəklər
03 Fevral 2013 Bazar 11:13
"Sevgi şəhəri" belə cütlüklərə nigahlarını qanunliləşdirməyə icazə verdi.
Dünyanın daha bir ölkəsində eynicinsli nikahlara qanunla icazə verilib. Fransa parlamenti eynicinsli nikahların leqallaşdırılması qanununun birinci və ən mühüm maddəsini təsdiqləyib. Fransa parlamentinin Aşağı palatasının dəstəklədiyi maddə nikahı yalnız qadın və kişi arasında deyil, iki şəxs arasında ittifaq kimi qəbul edir.
Qeyd edək ki, Fransa prezidenti Fransua Ollandın cinsi azlıqların nümayəndələrinin nikaha daxil olmaq imkanını vəd etməsi fransızlar arasında qızğın mübahisələrə səbəb olmuşdu. Son 2 həftə ərzində Parisdə bu istiqamətdə qanunvericilik təşəbbüsünün həm tərəfdarları, həm də əleyhdarları kütləvi nümayişlər keçirmişdi.
DOSTLARINLA PAYLAŞ: