Arseni Yasenyuk Ukraynanın yeni baş naziri oldu
27 Fevral 2014 Cümə Axşamı 17:25
Yeni baş nazir Arseni Yasenyuk hökumətin proqramında ilk vəzifənin Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması olduğunu söyləyib.
Arseni Yasenyuk Ukraynanın baş naziri seçilib. ANS PRESS-in UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Ali Radasında qərar qəbul edilib. Bu qərara Ali Radanın 371 deputatı səs verib.
Səsvermədən dərhal sonra parlamentin sədri Aleksandr Turçinov “Batkivşina” fraksiyasının lideri Arseni Yasenyukun təyinatı haqqında qətnaməni imzalayıb və onu hökumət lojasında öz yerini tutmağa dəvət edib.
Yeni vəzifəsi təsdiq ediləndən sonra deputatlar qarşısında çıxış edən Yasenyuk ölkədə yaranmış ağır sosial-iqtisadi durumun üzərində xüsusi dayanıb. O həmçinin bildirib ki, təcili şəkildə beynəlxalq valyuta qurumları ilə danışıqları bərpa etmək lazımdır.
Yeni baş nazir hökumətin proqramında ilk vəzifənin Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması olduğunu söyləyib.
DOSTLARINLA PAYLAŞ: